Jan 16 2019 18:04
Views: 396

Azərbaycan qlobal məsələlərin və layihələrin müzakirə olunduğu platformaya çevrilir. Fevralın 20-si  Bakıda Cənub Qaz Dəhlizinin məşvərət şurasının 5-ci toplantısı keçiriləcək. Cənub Qaz Dəhlizi Avropaya qaz tədarükününün diversifikasiyası baxımından çox vacib layihədir. Cənub Qaz Dəhlizinin məşvərət şurasının ənənəvi toplantısında Avropa komissiyasının, eləcə də, layihəyə cəlb olunmuş beynəlxalq təşkilatların, ölkə və şirkətlərin iştirakı da gözlənilir.

Bu il 17-18 mart tarixlərində Bakıda daha bir beynəlxalq tədbir OPEC+ ÖLKƏLƏRİNİN NAZİRLƏİNDƏN İBARƏT Monitorinq Komitəsinin iclası keçiriləcək. Bundan əvvəl bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo məlumat vermişdi. Bildirmişdi ki, iclasda OPEC+ ölkələrinin neftin gündəlik hasilatının 1,2 milyon barelə endirilməsi məsələsi gündəmə gələ bilər. Toğrul Bağırovun sözlərinə görə, həmin görüş dünya iqtisadiyyatının mövcud volatilliyi fonunda keçiriləcək və Bakıda qara qızıl bazarının yaxın 6-9 aylıq inkişafı müzakirə olunacaq. Mövcud vəziyyəti nəzərə alan ekspertin proqnozlarına görə, bu il neftin bir barelinin qiyməti 50-60 dollar arasında dəyişəcək. 

Xatırladaq ki, dekabrın 7-də OPEC+ ölkələrinin Vyana görüşündə neftin gündəlik hasilatının 1,2 milyon barelə endirilməsi barədə qərar qəbul olunub.  Qərar yarım il qüvvədə olacaq. Dəyişən xarici faktorlar nəzərə alınaraq sazişin şərtləri apreldə keçiriləcək növbədənkənar görüşdə müzakirə ediləcək. Azərbaycan bu çərçivədə gündəlik neft hasilatının 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.


Create Account



Log In Your Account