Aug 27 2018 15:20
Views: 362

Bakıda keçirilən Azərbaycanın idman uğurlarına həsr olunmuş tədbirdə ötən müddət ərzində əldə edilmiş nailiyyətlər barədə məlumat verilib. Tədbir iştirakçıları son illər ərzində qazanılmış qələbələrdən danışıb. Azərbaycan idmançılarınını müxtəlif yarışlarda uğurlu çıxışları, ölkənin təşkil etdiyi Birinci Avropa Oyunları, 4-cü İslam Həmrəylik Oyunları, Formula- 1 - Azərbaycan Qran-Prisi kimi beynəlxalq səviyyəli idman tədbirlər haqqında məlumat verilib. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilinə verdiyi töhfənin əhəmiyyəti xüsusi vurğulanıb.


Create Account



Log In Your Account