Apr 24 2019 18:52
Views: 186

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın öz illik hesabatı ilə yanaşı, ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin də hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim etməsi və bu sənədlərin BMT-nin rəsmi səhifəsində yayılmasına dair məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, burada BMT-nin İnsan Hüquqları Şurasına təqdim edilmiş illik hesabatdan söhbət gedə bilməz. Sadəcə Ermənistanın BMT yanındakı nümayəndəliyi BMT-yə ünvanlandığı notaya qondarma qurumun kağızlarını da əlavə edib. Ermənistan isə məsələni fərqli şəkildə təqdim etməklə ilk növbədə öz əhalisini aldadır.

Ermənistanın belə bir təxribata əl atması təəccüblü deyil. Millət vəkili Asim Mollazadə deyir ki, onlar işğal etdiyi ərazilərin guya hansısa təşkilat, hansısa rəsmi qurum tərəfindən tanındığını göstərmək istəyirlər.

Ekpertlər hesab edirlər ki, belə bir halın beynəlxalq təşkilatlar arasında ən universal qurum sayılan BMT-də baş verməsi təəssüf doğurur. Digər tərəfdən, bu hala BMT-də göz yumulması anlaşılan deyil.

Ekspertlər bu məsələni hüquq pozuntusu və BMT-nin imicinə zərər gətirən məsələ kimi qiymətləndirirlər. Hesab edirlər ki, BMT kimi universal bir təşkilat belə səhvlərə yol verməməlidir. Çünki bu, gələcəkdə daha kiçik regional və beynəlxalq təşkilatların analoji addım atmasına yaşıl işıq yandırır.


Create Account



Log In Your Account