Jul 08 2020 17:50
Views: 572

Azərbaycan Turizm Bürosu peşəkar dizaynerlər və "Azərbaycan: Bir daha bax" konsepsiyası barədə daha geniş məlumat axtarışında olanlar üçün Azərbaycan Brend Mərkəzi platformasını yaradıb. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən platformada istifadəçilərə brendin tarixçəsi barədə məlumat verilir. Həmçinin bu brendə daxil olan elementlərin müxtəlif formaları ilə tanış olmaq, məlumatları müxtəlif vizual variantlarda  əldə etmək imkanı təqdim olunur.

İstifadəçiləri Azərbaycanın turizm loqosunun fərqli versiyalarını hazırlamaq üçün texniki biliklərlə təmin edən platforma vasitəsilə, həmçinin mövcud brend elementlərini də yükləmək mümkündür. Ümumilikdə portal istifadəçilərə Azərbaycanın turistik loqotipinin müxtəlif variantlarını yaratmaq üçün texniki biliklər təqdim edir.

bütün dünyanı  bürüyən koronavirus pandemiyası zamanı Azərbyacan Turizm Bürosu virtual platformaların yaradılmaası ilə məşğul olur. Bu isə ölkənin turizm imkanlarını genişləndirməyə imkan verir.

Qeyd edək ki,  ki, “Azərbaycan: Bir daha bax” qlobal marketinq kampaniyası ilk dəfə 2018-ci ilin noyabrında Londonda keçirilən “World Travel Market” sərgisində dünya ictimaiyyətinə təqdim edilib. Azərbaycanın yeni turizm brendi  bu günədək 15 ölkədə keçirilmiş 30-a yaxın beynəlxalq sərgi və təqdimatda ölkənin turizm imkanlarının yeni tərzdə çatdırılmasında önəmli rol oynayıb. Həmçinin 20-dən çox beynəlxalq mükafata layiq görülüb.


Create Account



Log In Your Account