Sep 03 2018 20:20
Views: 2238

Onlar bu günü səbirsizliklə gözləyib. Dərslər və tənəffüs fasilələri, sinif yoldaşları ilə görüş, yeni müəllimlərlə tanışlıq, yeni fənnlər – hər bir tədris ilinin açılışında maraq doğuran əsas məqamlardır. Azərbaycan Britaniya Kollecinin şagirdləri üçün dərslər başqa məktəblərdən fərqli olaraq daha tez başlayır. Axı burda tədris prosesi Böyük Britaniya tədris proqramına uyğun olaraq qurulub.
Azərbaycan Britaniya Kollecini SOCAR şirkəti 2012-ci ildə təsis edib. SOCAR prezidenti Rövnəq Abdullayev yeni dərs ilinin başlanması münasibətilə şagirdləri təbrik etdi.
Azərbaycan Britaniya Kollecində tədris Britaniya təhsil standartlarına uyğun olaraq aparılır. Hər il kollecdə oxuyanlar Böyük Britaniyadakı şagidlərlə paralel olaraq mərkəzləşdirilmiş şəkildə təşkil olunan test imtahanından keçir və yüksək nəticə göstərirlər.
Azərbaycan Britaniya Kollecinin ilk dərs günü valideynlər üçün məlumatlandırma xarakteri daşıyır. Hər bir valideyn müəlimlərlə ünsiyyətdə olur, suallar verir, proqramla tanış olur. Kollecdə məşğələlər ingilis dilində keçirilir. Kollecdə xaricdən dəvət olunmuş mütəxəssislər və xüsusi kurs keçmiş azərbaycanlı müəllimlər dərs deyir. Bu təhsil müəssisəsində oxuyanlar beynəlxalq olimpiadalarda da iştirak edir və yüksək nəticələr göstərir.


Create Account



Log In Your Account