Dec 18 2018 18:43
Views: 369

Planeti ziyanlı çirklənmədən xilas etmək, tullantıların təkrar emalını asan və daha az enerji sərf edərək həyata keçirmək. Azərbaycan Britaniya kollecində keçirilən 4-cü bilik sərgisi çərçivəsində tələbələr öz elmi layihələrini təqdim ediblər.

Onlar eksperimentlər keçirirlər, robotlar yığırlar və köməkçi materiallardan müstəqil layihələndirilmiş qurğular yaradırlar. İdeyadan təqdimata qədər proses 3 ay çəkir. Bu vaxt ərzində tələbələr kiçik qruplarla müxtəlif ideyaları müzakirə edirlər, onları təkmilləşdirirlər və müəllimlərlə məsləhətləşirlər.

Ümumilikdə, Azərbaycan Britaniya kollecində bu il 10 beynəlxalq təhsil müəssəsindın 100-dən çox tələbə öz layihəsini təqdim edib. Sərginin yekununda “ekologiya” katerqoriyasında ən yaxşı layihələr Azəraycanı beynəlxalq sərgi və olimpiadalarda təmsil edəcək.

Azərbaycan Britaniya kollecinin tələbələri dəfələrlə beynəlxalq elmi olimpiadaların qalibi olub. Dərs prosesi təkcə dərs materiallarının öyrənilməsinə deyil, həm də tələbələrin yaradıcı potensialının üzə çıxarılmasına həsr olunur.


Create Account



Log In Your Account