Oct 29 2019 18:02
Views: 170

Azərbaycan "Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019" Hesabatında daha 14 pillə irəliləyərək, 125 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Ölkəmiz Baltik respublikaları istisna olmaqla postsovet məkanında lider mövqedədir. Hesabat altı indikator əsasında hesablanır: İstedada yaradılan şərait, istedadın cəlb edilməsi, istedadın inkişafı, istedadın ölkədə qalmasının təmin edilməsi, peşə və texniki təhsil, yüksək ixtisaslar. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan yuxarı orta gəlirli ölkələr arasında top üçlükdə qərarlaşmaqla daxil olduğu region - Qərbi Asiya və Şimali Afrika ölkələri arasında 7-cidir.

Azərbaycan ən yüksək reytinqi peşə və texniki təhsil 25-ci və ən aşağı reytinqi isə istedadın inkişafında 81-ci olub. Vüsal Qasımlının sözlərinə görə, xüsusilə sahibkarlıq istedadını araşdıran hesabatda Azərbaycanın öncüllüyü Prezident İlham Əliyevin "qara qızıl"ın insan kapitalına çevrilməsi və sahibkarlığın inkişafı siyasətinin birbaşa nəticəsidir.

Vüsal Qasımlının sözlərinə görə, üçüncü vacib məqam Azərbaycanda inklüzivlik təmin olunmasıdır. Hesabatda göstərilr ki, Azərbaycan gender bərabərliyi subindikatoruna  görə 125 ölkə içərisində 34-ci yerdə qərarlaşıb. Bir sıra subindikatorlara görə isə əhmiyyətli dərəcədə irəliləyib.

“Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019" Hesabatı dünyanın lider universitetlərindən olan İNSEAD Biznes Məktəbi, The Adecco Group və Tata Communications hazırlayıb.

 


Create Account



Log In Your Account