Apr 25 2019 14:38
Views: 183

 Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə dəstək göstərən ilk ölkələrdən biri olub. Bu gün Pekində keçiriləcək 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumunda Prezident İlham Əliyevin iştirakı Azərbaycanın bu təşəbbüsə verdiyi əhəmiyyətin və göstərdiyi dəstəyin bariz nümunəsidir. Bu fikri CBC-yə müsahibəsində Milli Məclisin üzvü, iqtisadçı alim Aydın Hüseynov bildirib. Onun fikrincə, Prezidentin Çinə səfəri yalnız Azərbaycan-Çin münasibətlərinin deyil, eyni zamanda digər ölkələrlə olan münasibətlərin də inkişafına təkan verəcək.  

Politoloq Hikmət Babaoğlu bildirir ki, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü qlobal miqyasda böyük dəstək qazanıb. Bu beynəlxalq nəqliyyat koridorunun ən səciyyəvi xüsusiyyəti tranzit yüklərin daşınmasının iştirakçı dövlətlərlə razılaşdırılmasıdır. Bu layihədə yüklərin qısa müddətdə ayrı-ayrı məntəqələrdə həm də yenidən istehsalının təşkili məsələsi öz həllini apır

Azərbaycan tarixi İpək Yolunun bərpasına dair təşəbbüsü əvvəldən dəstəkləyib. Ölkəmizin özü  nəqliyyat sahəsində meqalayihələr həyata keçirilib. Bu gün Çinin paytaxtında keçiriləcək 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb.


Create Account



Log In Your Account