Sep 30 2019 20:13
Views: 228

Cənubi Koreya Azərbaycan üçün əsas ixrac bazarlarından birinə çevrilə bilər. Bunun üçün böyük potensial var və tərəflər onun həyata keçirilməsi üzərində işləyirlər. bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev Bakıda keçirilən biznes forumda deyib. Onun sözlərinə görə, Azərbaycan üçün Cənubi Koreya bazarına çıxış çox önəmlidir:
İkitərəfli əlaqələrin genişləndirilməsi çərçivəsində gələn il Cənubi Koreyaya işgüzar missiyanın təşkili planlaşdırırlır. Azərbaycan şirkətləri bu ölkədə keçiriləcək ərzaq sərgisində də iştirak edəcək.
Ötən il Azərbaycan və Koreya arasında ticarət dövriyyəsi 227 milyon dollar olub. Bu ilin ilk 8 ayı ərzində isə bu rəqəm 213 milyonu keçib. Tərəflər isə dövrüyyənin daha da  artırılmaısnın mümkünlüyünü vurğulayır. Bakıda keçirilən biznes forumda AZPROMO VƏ Koreya İdxalçılar Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma memorandum da imzalanıb.


Create Account



Log In Your Account