Oct 05 2019 19:28
Views: 230

Azərbaycan Cənubi Qafqaz ölkələri arasında BB+ qiymətləndirməsi ilə ən yüksək reytinq göstərən ölkədir. “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyinin hesabatına görə, ölkəmiz sabit inkişaf  tempi nümayiş  etdirərək Şərqi Avropa və postsovet məkanında yerləşən 22 ölkənin arasında  öz müsbət mövqeyini qoruyub saxlayıb. Azərbaycanın reytinqini yüksək səciyyələndirən əsas amillər kimi beynəlxalq iqtisadi və ticarət münasibətlərində xarici balansın saxlanılması və aşağı səviyyəli dövlət borcunun olması qeyd olunur. İqtisadi sahədə həyata keçirilən islahatlarda sosial məsələlərin ön plana çəkilməsi, inflyasiyanın nəzarətdə saxlanması üçün həyata keçirilən addımlar vurğulanır. Bildirilir ki,  ölkənin xarici iqtisadi şoklara və qlobal arenada yarana biləcək böhranlara çevik reaksiya göstərir.  Ekspertlər bildirir ki, hesabat ilk növbətə Azərbaycanın  xarici investisiyalar üçün cəlbedici olduğunu göstərir.
Hesabatda son dövlərdə bank sektorunda qeyri-işlək aktivlərin həcminin, maliyyə sabitliyi ilə bağlı təhdidlərin azalması qeyd olunur. Bu da həyata keçirilən islahatların nəticəsidir. Eyni zamanda maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsinin icrası, həm sektorun sağlamlaşdırılması ilə bağlı atılan addımlar müsbət qiymətləndirilir.  
Qiymətləndirmədə kredit risklərinin aşağı düşməsi və banklarda uzunmüddətli dövrdə qeyri-işlək aktivlərin yaranması ehtimallarının az olması qeyd olunur. Bunda problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının fərmanı da mühüm rol oynayıb.
Xüsusi qeyd olunur ki, iqtisadiyyatın diversifikasiya olunması və neft sektorundan asılılığının aradan qaldırılması məqsədilə ölkədə münbit biznes mühiti yaradılıb. Bu da ölkəmizin mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb.


Create Account



Log In Your Account