Mar 06 2019 16:12
Views: 396

Bolqarıstan milli qaz şəbəkəsini modernləşdirir və tezliklə Azərbaycan da daxil olmaqla  müxtəlif mənbələrdən gələn qazı  Balkanlara, daha sonra isə Avropanın qərbinə və şimalına nəql etmək imkanı qazanacaq. Bunu Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov Bolqarıstanın Milli Gününə həsr olunan tədbirdə bildirib. Diplomat deyib ki, ölkəsi Azərbaycanı “Cənub Qaz Dəhlizi” layihəsində əsas icraedici qüvvə kimi tanıyır. Səfir enerji sahəsində iki ölkə arasındakı  sıx əlaqələrin tərəflər üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Səfir qeyd edib ki, Avropanın enerji təhlükəsizliyinin təminatında uzun illər mühüm rol oynayacaq “Cənub Qaz Dəhlizi” Azərbaycana böyük mənfəət qazandıracaq. Tədbirdə iştirak edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanla Bolqarıstan arasındakı diplomatik münasibətlərin qurulduğu 27 il ərzində müxtəlif sahələr üzrə əməkdaşlığın sürətlə inkişaf etdiyini və strateji xarakter daşıdığını  bildirib. Nazir iki ölkə arasında olan əməkdaşlıq formasının onların yerləşdiyi region üçün də əhəmiyyətli olduğunu deyib.

İnam Kərimov həmin sənədlər arasında 2015-ci ildə imzalanan strateji tərəfdaşlıq sazişinin əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edib.  Sazişin icrasına mühüm əhəmiyyət verildiyini vurğulayıb. 1999-cu ildə yaradılan birgə əməkdaşlığa dair hökumətlərarası komissiya çərçivəsində də əməkdaşlığın inkişaf etdiyini deyən nazir həmçinin enerji sahəsindəki əməkdaşlığın genişlənməsi baxımdan Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətinə diqqət çəkib.


Create Account



Log In Your Account