Jun 20 2019 19:12
Views: 275

Bakıda iyunun 24-26 keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində Dövlət Xidmətləri Göstərən Qurumların Beynəlxalq Assosiasiyası yaradılacaq. Bunu Forumla bağlı keçirilən mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.Onun sözlərinə görə, Assosiasiyanın yaradılmasında əsas məqsəd "ASAN Xidmət" standartları əsasında təcrübə mübadiləsi aparmaqdır. Bu Assosiasiya ilk olaraq Azərbaycandan "ASAN Xidmət"in təşəbbüsü ilə yaradılıb. Monteneqro, İndoneziya, Mərakeş, Əfqanıstan, Uqanda, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir təsisçi ölkələr sırasındadır. ASAN adlanacaq Beynəlxalq Assosiasiyaya sonradan başqa ölkələrin də qoşulması gözlənir. Ülvi Mehdiyev deyib ki, bununla bağlı müraciətlər var, qiymətləndirmələr aparılır.


Create Account



Log In Your Account