Apr 21 2017 18:23
Views: 124

Azərbaycan dünyada inkişafa yardım sahəsində ən nüfuzlu beynəlxalq qurum sayılan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım üzrə Komitəsində qonaq statusunda təmsil olunacaq. Təşkilatda indiyədək MDB məkanından qonaq qismində yalnız Rusiya və Qazaxıstan iştirak edib. Azərbaycanın qatılması ilə bu statusa malik ölkələrin sayı 15-ə çatıb. Xarici İşlər Nazirliyi yanında Beynəlxalq İnkişafa Yardım Agentliyinin sədri  Əşrəf Şixəliyevin sözlərinə görə, Təşkilatın İnkişafa Yardım üzrə Komitəsində üzv dövlətlərlə yanaşı, müşahidəçi qismində Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin inkişaf fondu təmsil olunur. Bu baxımdan nüfuzlu beynəlxalq təşkilatda qonaq statusunda olmaq Azərbaycan  üçün böyük əhəmiyyət daşıyır.
Əşrəf Şıxəliyevin sözlərinə görə Azərbaycan təşkilata  qonaq qismində üzv olmaq üçün 2014 və 2015- ci illərdə göstərdiyi yardımlar haqqında statistik hesabat  təqdim edib. Artıq  bu ildən qonaq qismində çıxış etdiyi üçün 2016-ci ilin də  statistik hesabatını hazırlayaraq  quruma göndərəcək. Həmin məlumatlar eyni zamanda AİDA-nın məlumat bazasında qeydə alınır. Göndərilən hesabatlarda  Azərbaycanın bu illər ərzində göstərdiyi  bütün  yardımlar öz əksini tapıb.
Qeyd edək ki, 1961-ci ildən Parisdə fəaliyyət göstərən, 35 ölkənin üzv olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, hökumətlərin birgə səy göstərməklə dünyada mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə etdiyi və təcrübələrini bölüşdüyü bir platformadır.


Create Account



Log In Your Account