Dec 25 2017 18:34
Views: 1417

“2017-ci il Azərbaycan idmanı üçün uğurlu olub. Qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib, medalların sayı artıb". Gənclər və İdman Naziri Azad Rəhimov  2017-ci ilin yekunları ilə bağlı mətbuat konfransında belə dedi. Bildirdi ki, ötən il Azərbaycan idmançıları il ərzində 234 beynəlxalq yarış, o cümlədən dünya və Avropa çempionatında iştirak ediblər. Azərbaycanda 2019 daxili yarış təşkil olunub. Ölkə  55 beynəlxalq yarışa ev sahibliyi edib. Bu yarışların içində ən mühümü isə 4-cü İslam Həmrəyliyi Oyunları hesab edilir. 
Nazir ölkədə beynəlxalq yarışların əksəriyyətinin paytaxtda keçirilməsinə də aydınlıq gətirdi. Bildirdi ki, bu  yarışlar əsasən Dünya və ya Avropa çempionatı olduğundan, müxtəlif sahələrdə  yüksək standartlar tələb edilir.
Ölkədə idmanla yanaşı, gənclərin də inkişafına xüsusi diqqət ayrılır. Bir neçə ay öncə qəbul edilən 2017-2021-ci illər dövlət gənclər proqramı bunu bir daha təsdiqləyir.
Nazir Azad Rəhimov bildirdi ki, Azərbaycanda gənclərin daha çox maraq göstərdiyi futbolun inkişafına dair yeni dövlət proqramı hazırlanır. Müasir tələblərə cavab verən bu proqram 2018-2019-cu illərdə qəbul oluna bilər.


Create Account



Log In Your Account