Oct 20 2018 14:30
Views: 1215

Bu gün Azərbaycan regionun lider dövləti kimi tanınır. İqtisadi, siyasi, hərbi sahələrdə mövcud olan güclü potensial, çevik və uzaqgörən diplomatiya Azərbaycanın beynəlxalq nüfuzunun artmasında əhəmiyyətli rol oynayıb. Azərbaycanın regionda liderliyini həm də onun digər sahələrdə, o cümlədən idmanda əldə etdiyi yüksək nailiyyətlər tamamlayır. 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilən İlham Əliyevin səyləri nəticəsində qısa müddətdə idmanın sürətli inkişafına, bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə, müasir idman infrastrukturunuh yaradılmasına nail olunub. İdmanın inkişafına verdiyi böyük töhfələrə görə İlham Əliyev Beynəlxalq Olimpiya komitəsinin və Beynəlxalq Hərbi-idman Şurasının yüksək ordenlərinə layiq görülüb. İlham Əliyevin 2003-cü ildə Azərbaycan Prezidenti seçilməsi isə ölkənin idman tarixində yeni bir səhifə başlayıb. Aparılmış uğurlu siyasət nəticəsində Azərbaycan idmançıları beynəlxalq əhəmiyyətli yarışlarda daha yüksək nəticələr əldə etmyə başlayıb. 2004-cü ildə keçirilmiş Yay Olimpiya iyunlarında Azərbaycan yığması 5 medal, 2008-ci idə Pekində 6 medal, 2012-ci ildə Londionda keçirilən yarışlarda 12 medal, 2016-cı il Rio-de-janeyrada isə 18 medal qazanmağa müvəffəq olub. Bu göstəriciyə görə Azərbaycvan dünyada 14-cü, MDB ölkələri içərisində isə 2-ci, müsəlman ölkələri sırasında isə 1-ci olub. İdmanın dünyada populyar növlərində biri futbol da çox sürətli inkişaf yoluna qədədm qoyub. 2017-ci ildə “Qarabağ” futbol klubu ölkənin tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhəlsinin iştirakçısı oldu. Bu gün Azərbaycan futbol klublar nüfuzlu turnirlərdə uğurla çıxış edir/, dünyanın ən güclü, böyük tarixə malik komandaları ilə layiqli mübarizə aparmağa müvəffəq olur. 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları ölkənin həm də ən nüfuzlu beynəlxalq əhəmiyyətli İdman təıdbirkərini belə uğurla təşkil etmək potensialına malik olduğunu təsdiqldi. Bu yarıçşlarda Azərbaycan idmançıları 30 idman növündə 253 medal qazanaraq medalların ümumi sanna görə iştirakçılar arasında 2-ci oldu.2016-cı ildə keçirilmiş 42-ci ümumdünya Şahmat Olimpiyadasının keçirildiyi ölkə qismində FİDE Baş Asaambleyasının üzvü seçildi. 2017-ci ildə isə respublka İslam Həmrəylik oyunlarına evsahibliyi etdi. İslamiadada 75 qızıl medal qazanan Azərbaycan iştirakçılar arasında birinci oldu. Bu il isə Azərbaycanda Cüdo üzrə dünya çempionatıkeçirilib. Yarışlarda dünyanın 124 ölkəsindən 755 idmançı iştirak edibi. Azərbaycan millisi bu çempionatda əldə etdiyi nəticələrə görə 11-ci olub. 2016-cı ildən isə bakıda Formula-1 yarışları keçirilir. Bu yarışlar Azərbaycan dünyada nüfuzunun artması, idman ölkəsi kimi tanınmçasında xüsusi əhəmityyətə malikdir. Gələn ilin iyulunda Azərbaycanda Avropa Gənclərinin Olimpiya festivalı və Avropa Liqasının final oyunları keçiriləcək. 2020-ci ildə ölkənin stadionlarında Avropa çempionatının oyunları olacaq. Bütün bunlar Azərbaycan idmanın qısa bir müddətdə böyük inkişaf yolu keçdiyini göstərir. Məhz Preziden İlham Əliyevin rəhbərliyi altında əldə olunmuş uğurlar nəticəsində bu gün Azrbaycanı regionun iqtisadi, siyasi, hərbi baxımdan lider dövləti statusunu qazanmaqla yanaşı, həm də dünyada idman ölkəsi kimi tanınır.


Create Account



Log In Your Account