Jul 29 2019 18:31
Views: 232

 “Bu gün Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən birini ticarət əlaqələri təşkil edir”. Bunu maliyyə naziri Samir Şərifov Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Lö Merlə görüşü zamanı deyib. Bildirib ki, fransalı nazirin ölkəmizə səfəri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcək. Görüş çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Fransanın “Alstom” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət Fransadan alınan lokomotivlərin təmirinə texniki dəstək göstərəcək. Samir Şərifov 2020-ci ildə Ələt Azad İqtisadi Zonasında Fransa şirkətlərinin fəaliyyətə başlayacağı barədə də məlumat verib.

Fransalı nazir bildirib ki, hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensial var. Fransa ikitərəfli ələaqələrin inkişafına böyük önəm verir və Azərbaycanla əməkdaşlığının yeni mərhələsinə yüksəlməsində maraqlıdır.

Qeyd edilib ki, Azərbaycanda Fransa şirkətlərinin istehsal sahəsinə investisiyaları üçün də əlverişli mühit yaradılıb. Fransız şirkətləri Azərbaycanın təşviq imkanlarından istifadə etməklə, məhsullarının region ölkələrinə sərfəli satışını həyata keçirə bilərlər..

 


Create Account



Log In Your Account