Sep 19 2019 19:15
Views: 463

“Əsrin müqaviləsi” ilə ilk dəfə Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsası qoyulub. Bunu Bakıda "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" keçirilir. Forumda çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Bildirib ki, bu layihədə Xəzəryanı ölkələrdən Azərbaycan və Rusiyanın SOCAR və Lukoil şirkətləri də iştirak edib. Bundan sonra Xəzəryanı ölkələr arasında enerji sahəsində əməkdaşlıq daha da genişlənib.

Nazir müavini qeyd edib ki, bu əməkdaşlıq bölgədə sülh və sabitliyin möhkəmlənməsi üçün yaxşı iqtisadi əsas yaradır. Azərbaycan bundan sonra da bu təcrübəni davam etdirmək niyyətindədir. Xələf Xələfov deyib ki, enerji sahəsində əməkdaşlıqla yanaşı Xəzərin statusu ilə bağlı aparılan danışıqların öz müsbət nəticəsini verib.

Xələf Xələfov bildirib ki, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya ilə paralel Tehran konvensiyası qəbul olunub. Bu sənəd Xəzərdə həyata keçiriləcək enerji və kommunikasiya layihələrinin dünya səviyyəsində ekoloji standartlara uyğun olması üçün çərçivə təşkil edir.

Xələf Xələfov Xəzərin hüquqi statusu barədə konvensiyanın ratifikasiya məsələsi barədə də danışıb. Bildirib ki, Azərbaycan, Türkmənistan və Qazaxıstan sənədi ratifikasiya edib. Rusiya və İranın da anoloji addımı atacağına ümid edilir.

Xələf Xələfov qeyd edib ki, konvensiya ilə bağlı xarici işlər nazirləri səviyyəsində dialoq bundan sonra da davam etdiriləcək. Eyni zamanda Xəzərdə etimad tədbirləri haqqında saziş layihəsi üzərində iş gedir.


Create Account



Log In Your Account