Jun 13 2019 13:22
Views: 333

Vaşinqtonda 28 May – Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100 illiyi münasibətilə təntənəli ziyafət təşkil edilib. Tədbirdə ABŞ Prezident Administrasiyası, Dövlət Departamenti və Pentaqon rəsmiləri, Konqres üzvləri, digər dövlət qurumlarının nümayəndələri iştirak edib. Tədbirə Türkiyənin  ədliyyə naziri Əbdülhamit Gül də qatılıb. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov  Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə danışıb. Bildirib ki, bu dövlət qısa müddət yaşamasına baxmayaraq Azərbaycan xalqı üçün zəngin irs və gələcəyə yönəlik arzular yaradıb və bunun əsasında 1991-ci ildə Azərbaycan xalqı  müstəqilliyini bərpa edib. Səfir həmçinin Azərbaycan Diplomatik Xidmətinin 100-cü ildönümü ilə bağlı bütün diplomatlarını təbrik edib, ölkə Prezidentinin rəhbərliyi altında diplomatik xidmətin Azərbaycanın güclənməsinə xidmət etdiyini vurğulayıb. Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev də çıxış edib. Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk respublika olduğunu, Azərbaycanın hazırda bu respublikanın irsi əsasında Prezident İlham Əliyevin liderliyi ilə dinamik inkişaf etdiyini vurğulayıb.Tədbirdə  Azərbaycanla tərəfdaşlıq edən Oklahoma Milli Qvardiyasının nümayəndə heyəti də iştirak edib.
ABŞ müdafiə katibinin köməkçisinin müavini Laura Kuper ölkəmizi Respublika Günü və Diplomatik Xidmətin 100 illiyi ilə bağlı təbrik edib. O, Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu vurğulayaraq, Əfqanıstanda və terrorçuluğa qarşı mübarizə sahəsində göstərdiyi dəstəyi həm regional, həm də qlobal sülhə əhəmiyyətli töhfə olduğunu bildirib.
Azərbaycanın Əfqanıstanda sülhyaratma missiyasında rolu xüsusi vurğulanıb. Eyni zamanda ölkəmizdə heç bir zaman anti-semitizmin olmadığı qeyd olunub.


Create Account



Log In Your Account