Jul 08 2019 18:59
Views: 198

Azərbaycan Xalq Cümhuriyyəti çətin bir tarixi yol keçib. Həmin illərdə diplomatlarımız ölkəmizin tarixində müstəsna rol oynayıblar. Bunu ADA Universitetində Azərbaycanındiplomatik xidmətinin 100 illiyinə həsr edilən beynəlxalq konfransda Xarici İşlər nazirininmüavini, universitetin rektoru, səfir Hafiz Paşayev deyib. Onun sözlərinə görə  artıq 30 ildir ki, Azərbaycan bu diplomatiyanı həyata keçirir.

Hafiz Paşayev deyib ki, milli lider Heydər Əliyev ən böyük diplomatımız olaraq, ölkəmizin həyatında müqayisəyəgəlməz rol oynayıb. Azərbaycan diplomatiyası xeyli uğurlara imza atıb.  Xarici İşlər naziri Elmar Məmmədyarov isə Azərbaycanın xaricisiyasət prioritetlərindən danışıb. Bildirib ki, ölkəmizin əsas xarici siyasət prioriteti Azərbaycanınmüstəqilliyinin möhkəmləndirilməsidir. 

Xarici  ekspertlər də azərbaycan diplomatiyasının uğurları barədə danışıblar.  Avropa Siyasi Mərkəzinin təmsilçisi Amanda Pol bildirib ki, Azərbaycan Qafqazda strateji mövqeyə malik ölkədir. Düşünülmüş xarici siyasət nəticəsində balansı saxlayaraq böyük ölkələrlə əməkdaşlığı davam etdirir. Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin  Ermənistan hələ də təcavüzkar siyasətini və Azərbaycan torpaqlarının işğalını davam etdirməsi məsələsinə toxunub.

ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynolds, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Corctaun Universitetinin professoru Brenda Şaffer Azərbaycan diplomatiyası və bu sahədə qazanılan uğurlarla bağlı fikirlərini bildiriblər. Tədbirdə dövlət rəsmiləri, Azərbaycanın xarici ölkələrdəki səfirləri, Bakıda çalışan xarici diplomatlar iştirak ediblər.


Create Account



Log In Your Account