Apr 29 2019 14:56
Views: 236

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm şirkətləri və hotellərin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti Dubayda keçirilən “ATM 2019” (ərəb Səyahət Bazarı) beynəlxalq turizm sərgisində iştirak edir. Mayın 1-dək davam edəcək sərgidə Azərbaycan yeni brendə uyğun dizayn edilmiş 190 kv. metrlik stendlə təmsil olunur. Müxtəlif turizm şirkətləri, hotellərlə yanaşı Azərbaycan Hava Yolları və Heydər Əliyev Hava Limanı da sərginin 28 iştirakçısı sırasındadır. Dövlət Turizm Agentliyinin mətbuat katibi KƏnan Quluzadə sərgi barədə CBC-yə məlumat verib.


Create Account



Log In Your Account