Sep 17 2019 18:47
Views: 342

“Azərbaycan 25 il öncə uğurlu enerji strategiyasının, enerji diplomatiyasının əsasını qoyub. Bu gün isə Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır”. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri və ekspertlər üçün seminarda belə deyib. O bildirib ki, uzun illər neft bir çox hallarda Azərbaycan xalqının bilavasitə mənafeyinə xidmət etməyib. Lakin “Əsrin Müqaviləsi”nin imzalanması ilə başlayan yeni neft erasında neft istehsalının mənfəətini bilavasitə Azərbaycan xalqı görməyə başlayıb.

Hikmət Hacıyev bildirib ki, bu gün Azərbaycanın enerji strategiyasının növbəti vacib bir təməl nöqtəsi var. Azərbaycan artıq qaz ixrac edən ölkəyə çevrilib. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev “Əsrin müqaviləsi”nin Azərbaycanda siyasi və iqtisadi mənzərəni dəyişdiyini diqqətə çatdırıb. Qeyd edib ki, müqavilə Azərbaycanın inkişafına böyük töhfə verməklə yanaşı, neft resurslarının insan kapitalına çevrilməsinə təkan verib. Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

 


Create Account



Log In Your Account