Oct 06 2017 15:17
Views: 1413

2018-ci il Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsində Avropa zonasında 9-cu tura start verilib.  C qrupunda mübarizə aparan Azərbaycan yığması öz meydanında Çexiya ilə üz-üzə gəlib. Oyunu fransız baş hakim Benua Millot idarə edib.    Mundiala qatılmaq şansını itirən hər iki komanda üçün  görüş formal xarakter daşıyıb.   Matç qonaqların 1:2 hesablı üstünlüyü ilə başa çatıb.  
İlk qolu  maçın 35-ci dəqiqəsində Çex yığmasının üzvü  Yan Kopiç vurub. Komandalar fasiləyə bu hesabla yollanıblar.  İkinci hissəyə fəal başlayan komandamız 10 dəqiqə sonra tarazlığı bərpa edə bilib.  Sürətli əks hücum zamanı  Ruslan Qurbanova qarşı kobudluğu matçın hakimi penalti kimi dəyərləndirib. Əfran İsmayılov dəqiq olub.  1:1 
Amma komandamızın sevinci uzun çəkməyib. 11 dəqiqə sonra Barak başla  yenidən çexləri önə keçirib. Oyunda başqa qol olmayıb  və millimiz 3-cü dəfə üz-üzə gəldiyi Çexiyaya ilk dəfə uduzub.     
Komandamızın seçmə mərəhlədəki son ev oyunu  eyni zamanda   kapitan  Rəşad Sadıqovun  milli komandanın tərkibində son matçı  kimi yadda qalıb. Yığmanın heyətində ilk oyununa  2001-ci ildə  İsveçlə səfər qarşılaşmasında    çıxan  Sadıqov  16 il sonra 35 yaşında  milli komanda  ilə vidalaşıb.  O,  Azərbaycan yığmasının  tarixinə sayca  94-cü futbolçu kimi düşüb.  Sonuncu oyunu - Çexiya ilə qarşılaşma onun sayca 111-ci matçı olub. Rəşad Sadiqov karyerasını “Qarabağ” futbol klubunda davam etdirəcək.


Create Account



Log In Your Account