Feb 21 2019 14:03
Views: 401

Ekran əsəri  real hadisələr əsasında lentə alınıb. Filmdə gənc çölçünün həyatından bəhs edilir. Sujet xəttinin əsas mesajı  qloballaşmaya  baxmayaraq mənəvi və  mədəni dəyərlərin qorunub saxlanmasıdır. Filmin Birləşmiş Ştatlarda  keçiriləcək Feniks  kinofestivalında iştirakı üçün müraciət edilib. Eyni zamanda ekran əsərinin  Livanda və İranda keçirləcək festivallarda da iştirakı gözlənilir.

Cəfər Cabbarlı adına  “Azərbaycanfilm” kinostudiyasının direktoru  Müşfiq Hətəmovun sözlərinə görə Azərbaycan filmlərinin beynəlxalq  kinofestivalarda iştirakı yerli kinematoqrafiyanın inkişafı üçün yaxşı zəmin  yardır.

Cəlaləddin Qasımovun  almanların Azərbaycana köçmələrinin 200 illiyinə həsr olunan “Şollerin arxivi” bədii filmi də   beynəlxlaq festivallarda tanınan filmlərdəndir. Bundan öncə  film Amsterdamda keçirilən  Noord-Holland European Cinematography Awards” festivalında  iki mükafata sahib olub. Ekran əsəri  ən yaxşı dram filmi və ən yaxşı  bədii film nominasiyasında  qalib olub.

Azərbaycanın kino nümayəndələri gələcəkdə də  ölkə hüdudlarından kənarda  yerli  filmlərin tanıdılması istiqamətində  təbliğat işini davam etdiriləcəyini  bildiriblər.


Create Account



Log In Your Account