Jul 25 2019 18:59
Views: 361

Cəlaləddin Qasımovun ssenari müəllifi və quruluşçu rejissoru olduğu “Şollerin arxivi” bədii filmi İtaliyada “Under The Stars International” film festivalında “Ən yaxşı bədii film” kateqoriyası üzrə mükafat qazanıb. Bundan əlavə, “Stalinin qaranlıq keçmişi” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri də “Ən yaxşı sənədli film” kateqoriyasına seçiliblər". “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə çəkilib. Film Avropa mədəniyyətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Stalinin qaranlıq keçmişi filmi isə İosif Vissarionoviçin BAkıda yaşığı dövrü özündə əks etdirir. Stalinin sğzlərinə görə Bakı onun üçün böyük həyat məktəbinə çevrilib. 1901 ci ildə Tiflisdən Bakıya gəliən 22 yaşlı Koba sonrakı illərdə bakıda keçirdiyi dövrə xüsusi həssaslıqla yanaşırdı. Stalin Məhz Paytaxtımızda inqilab məktəbini keçdiyini qeyd edirdi.

Cəlaləddin Qasımovun "Nobel qardaşlarının ilk uğuru" filmi Nobelin uğurlarından bəhs edir: dünyada ilk neft tankerinin və neft məhsullarının saxlanması üçün rezervuarların yaradılması, Avropada ilk boru kəmərinin istifadəyə verilməsi və digər  yeniliklərdən bəhs edir. Mendeleyev Nobel qardaşlarının inandırır ki, neftin tərkibində lazımsız və artıq heç bir maddə yoxdur və neftin bütün tərkib hissələrini sənayedə istifadə etmək mümkündür. Qara  qızılın əhəmiyyətinin dünyada artması Azərbaycanın geosiyasi əhəmiyyətinin artmasına və böyük şirkətlərinin Bakı nefti uğrunda mübarizəsinə gətirib çıxarıb.

Cəlaləddin Qasımovun sözlərinə görə filmlər kommersiya məqsədi ilə çəkilməyib. əsas məqsəd ölkəmizi xaricdə keçirilən beynəlxalq festivallarda təmsil etmək olub. rejissorun gələcək planlarında SSRİ dövründə represiyaya məruz qalmış ailənin taleyi haqda film çəkmək də var. 37 ci ilin represiyalarının ağrı acısını öz üzərində hiss edən ailə haqda olacaq filmin  çəkiliş prosesi artıq yekunlaşmaq üzrədir.


Create Account



Log In Your Account