Jul 01 2019 18:48
Views: 568

Azərbaycan getdikcə turizm nöqteyi nəzərindən cəlbedici ölkəyə çevrilir. CBC-yə müsahibəsində Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov bildirib ki, xüsusilə məzuniyyətlər mövsümündə daha çox turist axınını təmin etmək məqsədilə müxtəlif ölkələrlə birbaşa aviaəlaqələrin qurulması istiqamətdə fəal iş aparılır, Azərbaycanın turizm nümayəndəlikləri də bu yöndə fəal çalışır.

Turistlərin rahat hərəkəti üçün ölkədə çoxlu azbüdcəli yaşayış imkanları-ikiulduzlu otel və hostellər açılır. Bundan başqa, Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsinin bağlanması fonunda Azərbaycanda tranzit turizmininin inkişafı üçün imkan yaranır.

Nahid Bağırov bildirb ki, Azərbaycanın tarixi və mədəniyyəti, zəngin və əsrarəngiz təbiəti xarici turistləri cəlb edir. Bu gün Azərbaycan getdikcə İran körfəz ölkələri, MDBvə  Avropa ölkələri arasında daha çox tanınmağa başlayır.


Create Account



Log In Your Account