May 31 2019 17:18
Views: 683

Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Bunu ölkəsinin milli bayramı münasibətilə Bakıda keçirilən rəsmi qəbulda Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib. Bildirib ki, iki qonşu ölkə birlikdə çox sayda önəmli layihə həyata keçirir. Diplomat qeyd edib ki, iki ölkə arasında həm siyasi, həm də iqtisadi sahədə güclü əlaqələr var. Hər iki ölkənin bugünü kimi keşmişi də ortaqdır.

Səfir bildirib ki, Gürcüstandan da Azərbaycana səfər edənlərin sayında artım var. Bu da iki ölkənin isti münasibətlərini göstərir. Rəsmi qəbulda çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov əlamətdar bayram münasibətilə Prezident İlham Əliyevin adından Gürcüstan xalqını təbrik edib. Bildirib ki, iki xalqın taleləri oxşardır. Hər iki xalq eyni tarixi dövrdə müstəqillik əldə edib. Gürcüstan və Azərbaycan yaxın ölkələr olmaqla bərabər, həm də strateji tərəfdaşlardır.


Create Account



Log In Your Account