Jun 15 2019 17:21
Views: 310

 

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi ilə “Google” şirkətinin “Google” Mədəniyyət İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Razılaşmaya əsasən, “Virtual Qarabağ” Birliyi“Google” Mədəniyyət İnstitutunun “Google Arts & Culture” onlayn platformasında Azərbaycanın, o cümlədən Qarabağın maddi və qeyri-maddi mədəni irsinə dair orijinal rəqəmsal kontentləri-  şəkil, audio, video, yüksək və ya ultra yüksək görüntü, panoram təsvir, 3D model formatında yerləşdirə, nümayiş etdirə, onlayn sərgilər təşkil edə biləcək.

Müqavilə Azərbaycanın, o cümlədən Qarabağın maddi və qeyri-maddi mədəni irsi haqqında rəqəmsal məlumatların bütün dünyanın izlədiyi onlayn platformada nümayiş etdirilməsinə səbəb olacaq. Eyni zamanda, Azərbaycan və Qarabağ həqiqətlərinin dünyada obyektiv şəkildə yayılmasına töhfə verəcək.

 “Google” Mədəniyyət İnstitutu “Google” şirkəti tərəfindən 2011–ci ildə yaradılıb. “Arts & Culture” platformasında dünyanın 40–dan çox ölkəsinin 50-yə yaxın böyük muzeyinin eksponatları nümayiş etdirilir. Layihə 2000-dən çox kiçik tərəfdaşa və minlərlə rəqəmsal sərgiyə sahibdir. Platforma 18 dildə fəaliyyət göstərir.


Create Account



Log In Your Account