Aug 24 2019 18:28
Views: 261

Azərbaycan Ordusu Moskvada keçirilən “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında ilk dəfə təmsil olunur. Moskvadakı Qırmızı Meydanda başlayan “Spasskaya Başnya” festivalında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri də iştirak edir. Sentyabrın 1-dək davam edəcək festivala yaradıcı heyət polkovnik Etibar Əliyevin rəhbərliyi ilə qatılıb.

1992-ci ilin fevralından fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri Müdafiə Nazirliyinin əsas orkestrlərindən biri sayılır. Orkestrin hərbi dirijoru mayor Fariz Məmmədzadədir.

Festivalın qaydalarına uyğun olaraq yarışda orkestrlə birlikdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı da çıxış edirlər. Festival zamanı hər komandaya altı dəqiqə vaxt veriləcək. Bu vaxt ərzində orkestrlər təmsil etdikləri ölkənin və digər dünya xalqlarının mahnı və marşlarını ifa edirlər.

Bu il festivalda 12 ölkədən ümumilikdə 30 kollektiv iştirak edir. Bu ölkələrdən 6-sı ilk dəfə fetsivala qatılıb. Tərkibi hər il dəyişilən və dünyanın ən böyük musiqi festivallarından olan “Spasskaya Başnya” beynəlxalq hərbi musiqi festivalında bu il də izləyicilər maraqlı kollektivlərin çıxışlarını izləyə biləcəklər. Orkestrlərin şəhər sakinləri və qonaqlar üçün də bir neçə konsert proqramı təşkil etməsi planlaşdırılır.

Moskvanın mərkəzi meydanlarında baş tutacaq konsertlərdə Azərbaycan kollektivi Fikrət Əmirov, Qara Qarayev, Polad Bülbüloğlu, Tofiq Quliyev, Rauf Hacıyev, digər yerli və dünya klassiklərinin əsərlərini təqdim edəcək.

 


Create Account



Log In Your Account