Jun 03 2019 19:13
Views: 356

“Kəhrizlər ekoloji baxımdan ən təmiz su mənbəyidir". Bu fikir AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor Əlövsət Quliyevin "Azərbaycan kəhrizləri" kitabının təqdimat mərasimində səsləndirilib. Kitabda qədim su mədəniyyəti abidələrimiz olan kəhrizlərdən, onların qazılma texnologiyasından, su sərfindən və digər məsələlərdən bəhs olunur.

Azərbaycanın ayrı-ayrı bölgələrində kəhriz sistemlərinin quruluşu, qazılma tarixi, kəhrizlərin təsir zonasında olan sahələr haqqında məlumatlar da monoqrafiyada öz əksini tapıb. Kitabın ingilis dilinə də tərcümə edilməsi də nəzərdə tutulur.


Create Account



Log In Your Account