Oct 07 2019 17:29
Views: 739

İstanbulda təşkil olunan Etnospor Mədəniyyət Festivalına yekun vurulub. 16 ölkənin qatıldığı festivalda Azərbaycanı  Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsindən və rəqs ansamblından ibarət 50 nəfərlik heyət təmsil edib.
Dördüncü dəfə keçirilən festival çərçivəsində keçirilən müxtəlif tədbirləri Türkiyədən və dünyanın bir sıra ölkələrindən gəlmiş bir milyondan artıq insan izləyib. 
“Bir millət, iki dövlət” şüarı altında təqdim olunan “Azərbaycan kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya tamaşaçıların böyük marağına səbəb olub. Tədbirin sonunda iştirakçılar xüsusi medallar və fərmanlarla təltif ediliblər. Azərbaycan təmsilçilərinə mükafatları Türkiyə Respublikasının vitse-prezidenti Fuad Oqtay təqdim edib.


Create Account



Log In Your Account