Sep 04 2018 18:51
Views: 1444

Orxan Xanlarov Avropa çempionatının gümüş mükafatçısıdır. O, Dünya Köçəri oyunlarında uğur qazanacağına əmin idi, öz imkanlarına güvənirdi. Mas-restlinq üzrə yarışlarda ukraynalı rəqibinə məğllub olsa da, buna hakim ədalətsizliyinin səbəb olduğunu deyir.
Mas Reslinq yarışları İssık-Kul vilayətinin  Çolpon-Ata şəhərində keçirilir. Yakut xalqının milli idman növü olan bu yarışlarda rəqabət güclüdür. Burda qaydalar çox sadə olsa da, qələbə qazanmaq üçün idmançıdan güc, iradə və səbr tələb olunur. Mübarizə tərəflərdən biri qalib gələnədək davam edir.
Qarşıda Azərbaycan idmançılarını sumo, sambo, qol güləşi və azərbaycan güləşi idman növləri üzrə mübarizə gözləyir. Son iki idman növündə Azərbaycan komandasınını şansı yüksək qiymətləndirilir. Ötən illərdəki Köçəri yarışlarınını təcrübəsi göstərir ki, milli güləş və qol güləşi üzrə qızıl medallar daha çox Azərbaycan idmançılarının aktivinə yazılır.


Create Account



Log In Your Account