Aug 10 2020 17:17
Views: 255

Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Bunu ötən gün Prezident İlham Əliyev bu gün Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. Bildirib ki, bu dinamika görülmüş bütün tədbirlərin vaxtında görülmüş tədbirlər olduğunu göstərir. Qeyd edib ki, məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadı.”Bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək”. Prezident qeyd edib.

Ekspertlər hesab edirlər ki, müsbət dinamika ola biləcək ikinci dalğaya qarşı hazırlıq işlərinin görülməsiüçün fürsətdir. Millət vəkili Rəşad Mahmudov deyir ki, koronavirusla mübarizədə Azərbaycanın həm vətəndaş, həm də beynəlxalq hadisələr nöqteyi nəzərindən əzmini ortaya qoydu. İkinci dalğaya qarşı  hazırlıqlar gələcəkdə qarşılaşa biləcəyimiz problemlərlə keyfiyyətli mübarizəyə imkan yaradacaq.

Pandemiya iləmübarizədə atılan qabaqlayıcı addımlardan biri də  testlərdir. Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. İndiyəcək 760 mindən çox test aparılıb, gündəlik 10 minə yaxın test keçirilir. Yoluxmaların vaxtında müəyyənləşməsi nəticəsində 30 minə yaxın insanın bu xəstəlikdən sağalması mümkün olub. 31 laboratoriyada keçirilir, daha 9 laboratoriyanın açılması planlaşdırılır.

Bu gün Azərbaycan səhiyyəsi ola biləcək ikinci dalğanın qarşısında hazırlıq üçün üzərinə düşən bütün işləri görür.  Xaricdən həkimlərin dəvət olunması, yerli həkimlərlə onların fikir mübadiləsiaparması üçün imkanların yaradılması tibb işçilərinin pandemiya ilə mübarizədə regionun, dünyanın təcrübələrinin çevik mənimsəməsinə fürsət yaradır. Ekspertlər əmindirlərki, pidemiolojik vəziyyətdə vətəndaşların qorunma qaydalarına riayət etməsi və bunu davamlı edərək həyat tərzinə çevrilməsi ilə Azərbaycan cəmiyyəti koronavirusa qalib gələcək. Səhiyyə sisteminin üzərinə yük düşməməsi üçün  koronavirusla yaşamağı həyat tərzinə çevirmək gərəkdir.  


Create Account



Log In Your Account