Oct 21 2019 16:00
Views: 276

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında bizim strateji tərəfdaşımızdır. Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto CBC yə eksklüziv müsahibəsində deyib. Macar nazir ölkəsi ilə Azərbaycan arasında olan iqdisadi münasibətlərin son illərdə xüsusilə inklişaf etdyini, bunun da bilavasitə ticari dövriyyəyə müsbət təsir etdiyini deyib.

Macarıstanla Azərbaycan arasında mədəni əlaqələrə gəldikdə, Peter Siyartonun fikrincə iki ölkənin fərqli coğrafiyalarda yerləşməsi belə, bu əlaqələrin yaranmasına və möhkəmlənməsinə maneə ola bilməz. Azərbaycan gələcəkdə Macarıstanın enerji sahəsində də mühüm tərəfdaşı ola bilər.

İki ölkə arasında kənd təsərrüfatı, aqrosənaye, informasiya texnologiyaları və digər sahələrdə də əməkdaşlıq inkişaf edir. Biznes və turizm sahələrində ikitrəfəli əlaqələr son illərdə daha da möhkəmlənib.

Macarıstanın xarici işlər naziri  təhsil sahəsində olan əməkdaşlığı da vurğulayıb. Peter Siyarto hər il Azərbaycandan olan 250-ə yaxın tələbənin magistr təhsilini məhz Macarıstanda davam etdirdiyini deyib. Nazirin fikrincə, bu iki ölkə arasında olan əlaqələrin inkişafında böyük rol oynayan amillərdən biridir.


Create Account



Log In Your Account