Jun 28 2019 17:55
Views: 594

“Azərbaycanla Macarıstanı dostluq və qardaşlıq əlaqələri birləşdirir”. Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi CBC-yə müsahibəsində bildirib ki, yüksək səviyyəli dialoq və  işgüzar strukturların davamlı əlaqələri sayəsində iki ölkə arasında tərəfdaşlıq münasibətləri möhkəmlənir. Layihə əsaslı əməkdaşlıq və sərmayə imkanlarının genişlənməsi Azərbaycan-Macarıstan tərəfdaşlığının əsas hədəflərindəndir.

Azərbaycanın Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 200 nəfər Azərbaycan vətəndaşı Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar. Macarıstan Səfirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə də əməkdaşlıq edir.

Səfirin sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda Macarıstanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Diplomat bildirib ki, ticarət dövriyyəsinin artırılması üçün qarşılıqlı olaraq səy göstərilir.


Create Account



Log In Your Account