Sep 09 2019 19:28
Views: 226

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 28-ci ildönümü qeyd olunub.Tədbirdə Azərbaycan Səfirliyinin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bayram münasibəti ilə Özbəkistan xalqını təbrik edib, ölkələrimiz arasındakı əlaqələrin milli-mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olduğunu qeyd edib. Bildirib ki, strateji tərəfdaşlıq səviyyəsinə çatan Azərbaycan-Özbəkistan əlaqələri hər iki xalqın rifahına xidmət edir. Tədbirdə Özbəkistanın dövlət müstəqilliyinin Azərbaycan Mədəniyyət Mərkəzində qeyd olunmasının xüsusi önəmi olduğu vurğulanıb. Bildirilib ki, bu bir daha iki ölkənin dostluğunu, qardaşlığını göstərir.
Azərbaycan Mədəniyyət Mərkəzin foyesində Özbəkistanın müstəqilliyinin 28 il ərzində keçdiyi yola həsr olunan sərgi də təşkil olunub. Sərgidə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəssamlıq ixtisası üzrə tələbələrinin çəkdiyi rəsmlər sərgilənib.
Azərbaycan Mədəniyyət Mərkəsinin rəqs ansamblı, Özbəkistanın dünya şöhrətli “Özbək gəncləri” musiqi ansamblı hər iki xalqın milli musiqi və rəqslərini təqdim ediblər.


Create Account



Log In Your Account