Nov 12 2019 16:30
Views: 75

 

Özbəkistanın Xarəzm vilayətində keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” Xivə şəhərində davam edib. Tədbir İçən-Qala dövlət qoruğunun qədim sarayında təşkil olunub. tədbirdə vilayətin tanınmış şəxsləri, elm, mədəniyyət, incəsənət xadimləri, alimlər, ictimaiyyətin nümayəndələri, çoxsaylı turistlər və jurnalistlər iştirak ediblər. Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nə həsr olunmuş sərgidə Azərbaycanın mənzərələrini əks etdirən fotolar, milli musiqi alətləri, qədim əşyalar və suvenirlər nümayiş olunub. Xarəzm vilayət rəhbərliyinin nümayəndəsi Temur Davletov Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrindən danışıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Bakıda Türk Şurasının üzv ölkələrinin Zirvə Görüşü çərçivəsində iki ölkə prezidentlərinin görüşünün əməkdaşlığımız üçün yeni imkanlar açdığını bildirib. “Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva qədim tarixə malik Xarəzm torpağında mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb. Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram təqdim olunub.

Xarezm vilayətindəki “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Xarezm vilayət hakimiyyəti, “Özbəkturizm” Dövlət Komitəsi, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin dəstəyi ilə keçirilir.


Create Account



Log In Your Account