Jul 23 2019 15:48
Views: 171

Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci yarış günü güləşçilərimizin çıxışları ilə əlamətdar olub. Belə ki, güləş millimiz aktivinə 2 qızıl, 3 gümüş və bir bürünc medal yazdırmağa müvəffəq olub. Qızıl medalları 2 çəkidə Yunan-roma güləşçilərimiz qazanıb. 48 kq çəki dərəcəsində  mübarizə aparan Qurban Qurbanov Polşa, Türkiyə, Belarusdan olan rəqiblərinin kürəyini yerə vuraraq finala adlayıb. Burada da gürcüstanlı güləşçidən üstün olan Qurbanov turnirin qızıl medalına layiq görülüb.

Çəkisi 60 kq olan Həsrət Cəfərov isə Litva, Belarus, İtaliyadan olan həmyaşıdlarına qalib gələrək həlledici mərhələyə adlayıb. Burada da Rusiyadan olan Mamomed Gigiyevdən üstün olan Cəfərov birinciliyi bayram edib.

Bundan başqa güləşçilərimiz daha 3 gümüş və bir bürünc medal qazanmağa müvəffəq olub. Qadın güləşçilərimiz Gültəkin Şirinova və Mərziyyə Sadıxova, eləcə də güləşin sərbəst növündə çıxış edən Sabir Cəfərov yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənməli olublar. Digər sərbəst güləşçimiz Mircavad Nəbiyev isə bürünc medal qazanıb. Beləliklə, millimiz medal hesabında 4 qızıl, 4 gümüş və 3 bürünc medalla liderliyi qoruyub saxlaya bilib. Bu gün güləş yarışlarında son qaliblərin adlarına aydınlıq gələcək. Bədii gimnastika, yüngül atletika, velosiped idmanı və üzgüçülük növlərində  medal dəstləri də sahiblərinİ tapacaq.


Create Account



Log In Your Account