Jun 19 2019 19:15
Views: 249

Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,8% çox olub. Bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun  fəaliyyəti ilə bağlı təşkil edilmiş mətbuat konfransında bildirib. Qeyd edib ki, bu ilin 5 ayında bütün sahələr üzrə ixracın həcmi artıb.

Digər önəmli göstərici ticarət sahəsindəki fəaliyyət göstərən iş adamlarının sayı ilə bağlıdır. Artıq 18 min 400 nəfər xarici ticarət əməliyyatları aparıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 74 faiz artım deməkdir. “Made in Azerbaijan” brendinin təşviqinə gəlincə, bu il Azərbaycan ixracatçıları 7 önəmli beynəlxalq sərgidə iştirak edib.

Qeyd olundu ki, yanvarın 1-dən iyunun ortasınadək sahibkarlara ödənilən ixrac təşviqinin məbləği 5 milyon 42 min manat olub. Bu da ixracın artdığını göstərir. İndi Azərbaycan 174 ölkə ilə ticarət edir. Yaxın vaxtlarda  Qazaxıstanın Nursultan şəhərində Ticarət evinin, Rusiyanın şəhərlərində isə Şşərab evlərinin açılışının olacağı gözlənilir.


Create Account



Log In Your Account