Jan 15 2019 18:14
Views: 473

Azərbaycanın fındıq istehsalçısı olan AZNUT-ın təqdim etdiyi fındıq məhsulları dünyanın ən populyar elektron ticarət platforması olan AMAZON-da yüksək tələblə qarşılanıb. Saytda ən çox satılan 200 məhsul sırasında düşüb. Azexport portalının rəhbəri Zaur Qardaşov bildirir ki, bu, sahibkarlıq subyektlərinin elektron ticarət biliklərinin artırılması ilə bağlı aparılan tədbirlərin nəticəsidir. Belə ki, qurum ötən il ərzində 250-dən artıq sahibkara elektron kommersiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçib. Onlara AMAZON kimi portallarla əməkdaşlıq etmək və pul qazanmaq imkanları öyrədilib.

Azexport portalı “AMAZON-la qazan” təlimlərini fevraldan yenidən davam etdirəcək. Zaur Qardaşov bildirir ki, indi Azərbaycan məhsullarının Amerika Birləşmiş Ştatları bazarına çıxmasını asanlaşdırmaq üçün işlər görülür. Portal bu ölkənin qida və əczaçılıq məhsullarına sanitar nəzarət orqanı ilə - FDA-la əməkdaşlıq edir. Azexport bu qurumun rəsmi agenti statusuna malikdir. 2019-cu ildə isə əməkdaşlıq memorondumu imzalanması nəzərdə tutulur.

İndi ölkədən elektron ticarət vasitəsilə ixrac olunan  əsasən kənd təsərrüfatı məhsullarıdır. Bunlar içərisində fındıq xüsusi yer tutur. 2018-ci ilin 11 ayında Azərbaycanda 80 milyon dollarlıq fındıq ixrac edilib.  Xarici bazarlardakı tələbat istehsalçıları da sevindirir.

2018-ci ildə Azexport portalına 480 milyon dollardan artıq ixrac sifariləri daxil olub. bu sifarişlərin bir qismi də fındıq məhsulu ilə bağlı olub.Bu sifarişlər  əsasən Rusiya , ABŞ, Türkiyə, Ukraynadan edilib.


Create Account



Log In Your Account