Sep 13 2019 18:53
Views: 346

“Azərbaycanın əməkçi miqrantlarla bağlı qəbul etdiyi qanunvericilikdə hər hansı ayrı-seçkiliyə və diskriminasiyaya yolverilməsi qadağan edilib. Ölkədə əməkçi miqrantların hüquqları Azərbaycan vətəndaşlarının hüquqları ilə bərabər tanınır.” Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BMT-nin bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə komitəsinin iclasında belə deyib. Nazir qeyd edib ki, əməkçi miqrantlar məsələsi qlobal kontekstdə miqrasiya, eyni zamanda məcburi köçkün və qaçqın problemləri ilə də sıx bağlıdır.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, Azərbyacanın miqrasiya idarəçiliyi ilə bağlı böyük təcrübəsi var. Qeyd edib ki, bu gün Azərbyacana gələn miqrantların istər visa məsələsində, istərsə də digər məsələlərdə  problem yaşamamaları üçün bütün tədbirlər görülür. 

BMT-nin bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə komitəsinin sədri vəzifəsini icra edən Can Unver bildirib ki, Azəbaycan əməkçi miqrantlarla bağlı beynəlxalq Konvensiya qoşulan ölkə olaraq məsələyə çox ciddi yanaşır. O qeyd edib ki, konvensiyanı qəbul edən bir çox ölkələrdə vəziyyət acınacaqlıdır.

Tədbirdə qeyd olunub ki, son illər ölkəmizə miqrantaların sayı artır, bu da sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi və iqtisadiyyatın inkişafı ilə bağlıdır. Bildirilib ki, Azərbaycanda növbəti illəri əhatə edən Miqrasiya İnkişaf Strategiyasının layihəsi hazırlanıb. Bu sənəddə olan xüsusi yanaşmanın biri də əməkçi miqrantların potensialınım yerli əmək bazarına müsbət təsirinin təşviqatıdır.


Create Account



Log In Your Account