Oct 11 2019 15:08
Views: 201

Fransız İncəsənət və Ədəbiyyat ordeni, ədəbi və bədii sahədə xüsusi nailiyyətləri ilə fərqlənən, eləcə də Fransada və dünyada incəsənətə və ədəbiyyata töhvələr vermiş incəsənət xadimlərinə təqdim olunur.  Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev bu ordenə layiq görülüb. 
Çingiz Fərzəliyevin sözlərinə görə mükafatın verilməsi barədə xəbər onun üçün gözlənilməz və sevindirici olub. Muzey direktoru bildirib ki, bundan sonra da Azərbaycan və Fransa arasında mədəni əlaqələrin işkişafı üçün əlindən gələni edəcək.  
Fransa və Azərbaycan arasında mədəni əməkdaşlıq əlaqələri fəal inkişaf etdirilir. Bakıda keçirilən “Fransa İnciləri” sərgisini və Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində “Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından fransız incəsənəti” sərgisini buna nümunə gəstərmək olar.


Create Account



Log In Your Account