Sep 07 2018 19:30
Views: 496

Bu gün Futbol üzrə Azərbaycan milli komandası UEFA-nın təsis etdiyi qitə miqyaslı yeni futbol turnirində - Millətlər Liqasında ilk oyununu keçirəcək. “D” liqasının üçüncü qrupunda qərarlaşan Azərbaycan millisi Kosovo yığması ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
Azərbaycanlı futbolçular üçün Millətlər Liqası Avropa çempionatına ilk dəfə vəsiqə qazanmaq üçün yaxşı imkandır. Avro-2020-nin bəzi oyunlarının məhz Azərbaycanda keçiriləcəyini nəzərə alsaq, millimizin bu çempionata vəsiqə qazanması azarkeşlər üçün sözün əsl mənasında gözəl hədiyyə ola bilər. Bu gün Azərbaycan Millisi UEFA-nın Millətlər Liqasında Kosovo yığması ilə üz-üzə gəlir. Baş məşqçi Qurban Qurbanov komandanın uğur qazanacağına inanır.
«Hər birimiz üçün ilk oyun vacibdir. Artıq neçə gündür komanda üzvlərini rəqibin oyunu ilə tanış edirik. Ümumilikdə pis hazırlaşmamışıq. Bizim üçün ağır olacağını bilsək də, futbolçularımız sabah  özünün ən yaxşı oyununu göstərməyə çalışacaq və meydanda sona kimi mübarizə aparacaqlar”.
Kosovo Milli Komandasının Baş məşqçisi Bernar Şalland da qarşıdakı görüş haqqında fikirlərini açıqlayıb və bu oyunu yeni məcaranın başlanğıcı kimi qiymətləndirib: “Millət Liqası çox gözəl turnirdir. Biz də AÇ-2020-yə vəsiqə qazanmaq istəyirik. Azərbaycan cütün favoritidir. Elə reytinq sıralamasında da bunu görə bilərik. Qrupa nəzər saldıqda etiraf etməliyəm ki, güclü rəqiblərlə qarşılaşacağıq. Hesab edirəm ki, divizionumuzun ən güclü qrupuna düşmüşük”.
Norveçli referi Ola Hobber Nilsenin idarə edəcəyi matç “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq. Milli komandamızın yer aldığı qrupun digər görüşündə Farer Adaları seçməsi Malta yığmasını qəbul edəcək.


Create Account



Log In Your Account