May 20 2019 19:47
Views: 261

“Azərbaycanda problemli kreditlərin həllinin beynəlxalq təcrübədən fərqli olaraq, bir sıra xüsusiyyətləri var”. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı  “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” mövzusunda beynəlxalq konfransda bildirdi. O, problemin qısa müddətdə həllini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycanda bu sahədə qəbul edilmiş qərarı beynəlxalq ictimaiyyət də diqqətlə öyrənir.
Ekspertlər Avropa, Türkiyə, Rusiya və digər ölkələrin problemli kreditlərin həlli ilə bağlı təcrübəsindən söz açdılar. Bu sahədə beynəlxalq təcrübə ilə Azərbaycan modelinin müqayisəsi aparıldı.
Koreya problemli kreditlərin həlli məsələsində böyük təcrübəyə malikdir. Qeyd edildi ki, Azərbaycan dövləti ilə təcrübə mübadiləsi bu istiqamətdə yeni imkanların əldə olunması ilə nəticələnəcək.
Qeyd olundu ki, Prezidentin 2019-cu il fevralın 28-də problemli kreditlərlə bağlı imzaladığı fərman insanların sosial durumunun yaxşılaşdırılmasına hesablanıb.
Xatırladaq ki, problemli kreditlərlə bağlı kompensasiyaların ödənişi mayın 31-ə kimi tamamlanması nəzərdə tutulub.


Create Account



Log In Your Account