Jun 28 2019 19:28
Views: 1230

“Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri əsrlər boyu mövcud olub. Ölkədə müxtəlif icma və konfessiyaların birgə, qarşılıqlı anlaşma şəraitində yaşaması buna sübutdur”. Bu fikirlər Bakıda keçirilən “Azərbaycan multikulturalizmi və bəhailik” mövzusunda beynəlxalq konfransda səslənib. Qeyd olunub ki, Bəhai icması ölkənin mədəni-ictimai həyatında fəal iştirak edir və müxtəlif konfessiyalarla sıx əməkdaşlıq edir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, bu cür konfransların təşkilində məqsəd Azərbaycan multikulturalizmin komponentləri olan mədəni və konfessional müxtəlifliyin daha geniş təbliğinə nail olmaqdır.


Create Account



Log In Your Account