Jun 14 2019 18:52
Views: 633

Vaşinqtonun ən mötəbər binalarından olan Hərbi Dəniz Qüvvələri Mərkəzində Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə Əməkdar artist Vüsal İsgəndərzadənin rəhbərlik etdiyi “Şur” instrumental qrupunun konserti keçirilib.

Konsertə Azərbaycan diasporunun nümayəndələri, ABŞ-ın dövlət qurumlarını, Vaşinqtondakı diplomatik korpusu təmsil edən 200-dən çox qonaq qatılıb. “Şur” instrumental qrupu Azərbaycan və dünya musiqisinin incilərini özünəməxsus şəkildə və yüksək peşəkarlıqla ifa edib.

Dünya xalqlarının musiqilərinin Azərbaycanın milli musiqi aləti olan tarın ifasında təqdimatı böyük maraqla qarşılanıb.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirdə çıxış edərək Azərbaycanın dövlətçiliyi, xarici siyasəti barədə məlumat verib, diplomatik xidmətin 100 illiyi münasibətilə diplomatları təbrik edib. Səfir Azərbaycan musiqisinin zənginliyindən, musiqi alətlərinin, xüsusilə də tarın unikallığından bəhs edib.


Create Account



Log In Your Account