Mar 26 2018 18:33
Views: 537

Vaşinqton sakinləri şərqin sevgi dastanını eşitdi. "Leyli və Məcnun" operasının premyerası Amerika ictimaiyyətini heyrətləndirdi. Aşiqlərin ifalarını xanəndə Alim Qasımov və qızı Fərqanə Qasımova ifa etdi.

Vaşinqtonun Kennedy Mərkəzində indiyədək belə səs-küylü və emosional muğam eşidilməyib. Şərqin sevgi dastanının  bu tərzdə səslənməsini Birləşmiş Ştatların musiqi tənqidçiləri də yüksək qiymətləndiriblər.

Alim Qasımovun improvizasiyasında “Leyli və Məcnun” operası fərqli idi. Musiqisevərlər yeni tərzdə təqdim olunan operanı təkcə Azərbaycanın yox, həm də dünya incəsənətinin incisi kimi qiymətləndiriblər.

Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən reallaşdırılıb. İfalarda dövrümüzün ən məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib. Görkəmli muğam ustası Alim Qasımov 12 il əvvəl “Leyli və Məcnun”un yeni versiyasının yaradılması barədə öz fikrini məşhur violonçel ifaçısı Yo-Yo Ma ilə bölüşüb. Məhz, o vaxtdan Azərbaycan musiqisinin incisi olan “Leyli və Məcnun” Birləşmiş Ştatların ən nüfuzlu musiqiçilərinin diqqət mərkəzindədir. Layihə çərçivəsində konsertlər İllinoys və Nyu-York ştatlarında da keçirilib. Amerikalılar operanı heyranlıqla qarşılayıblar.


Create Account



Log In Your Account