Jun 18 2019 19:21
Views: 486

Prezident İlham Əliyevin apreldə Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirakı Azərbaycan və Çin arasında ticarət əlaqələrin genişlənməsinə zəmin yaratmış oldu. TRACECA üzrə hökumətlərarası komissiyanın Azərbaycanda milli katibi Akif Mustafayev CBC telekanalına müsahibəsində belə deyib. Onun sözlərinə görə, bu gün iki ölkə arasında ticarət yükdaşımaların çeşidində də artım müşahidə olunur. Hazırda Azərbaycandan Çinə yükdaşımalarda  daha çox  kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir. Akif Mustafayev hesab edir ki, bununla belə Çinin iqtisadi potensialından yararlanmaq imkanları genişdir. Bunu Çində yük axınlarının çox böyük olmasıi lə yanaşı, Azərbaycanın nəqliyyat infrastrukturunun səviyyəsi də şərtləndirir. Çinin də buna marağının artırılması üçün bəzi işlər görülməlidir. Əsas məqsəd yaxın illərdə yükdaşıma konteynerlərinin sayının yarım milyon-1 milyona çatdırılmasıdır.
2019-cu ilin birinci rübündə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi TRACECA üzrə Azərbaycan üzərindən 60 milyon ton yük daşınıb. Bu yüklərin böyük bir qismi Azərbaycan daxilində olan daşımalar olsa da, bundan ölkəyə kifayət qədər gəlir gəlib.  Ötən ilin  yekunlarına görə, həm dövlət həm də özəl sector üzrə yükdaşımalar TRASEKA dəhlizi üzrə 500 milyon manatdan artıq vəsaitin ölkəyə daxil olmasına şərait yaradıb.  
TRASEKA Hökumətlərarası Komissiyanın növbəti yüksəksəviyyəli 14-cü iclasının Bakıda keçirilməsi planlaşdırılır. Qurumda sədrlik Azərbaycana keçəcəyindən iclasın məhz Azərbaycanda təşkil olunması nəzərdə tutulub. Toplantının sentyabr ayında keçirilməsi gözlənilir.

 


Create Account



Log In Your Account