May 04 2019 18:43
Views: 309

“Azərbaycanda qara qızılın insan kapitalına çevrilməsi hədəfi istiqamətində görülən işlər öz bəhrəsini verir”. Bunu "Azərbaycan İnsan Resursları Biznes Tərəfdaşlığı" mövzusunda illik konfransda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib. Bildirib ki, ölkədə aparılan iqtisadi islahatların əsas təkanverici qüvvəsi peşəkar kadrlardır. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərin idarəetmə komandasında azərbaycanlılar üstünlük təşkil edir.

Panel müzakirələrində bildirilib ki, gələcəyin peşələri dəyişir və Azərbaycan bu prosesi ciddi şəkildə izləməlidir. Qeyd edilib ki, alimlər 37 ixtisasın ləğv olunacağı və 186 yeni ixtisasın yaranacağını anons ediblər. Universitetlərin müasir peşələrə yönəlik ixtisaslar üzrə təhsilə önəm verməsinin vacibliyini vurğulanıb. Bildirilib ki, tələbat yüksək olan kadrların hazırlanmasına daha çox diqqət yetirilməlidir.

Konfransda qeyd olunub ki, 2030-cu ilə qədər ölkədə "Məşğulluq strategiyası"na uyğun olaraq həm məhsullar, həm də işçilərin rəqabət qabiliyyəti yüksəkdilməlidir və əmək bazarının öyrənilməsinə ciddi ehtiyac var. Konfransda platformanın üzvü olan 200 şirkətin insan resursu komandası iştirak edib.


Create Account



Log In Your Account