Jul 25 2018 18:53
Views: 476

Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejim rəhbərinin “lazım gələrsə Mingəçevir su elektrik stansiyasına dərhal zərbə endiriləcəyi” barədə dedikləri absurddur və daxili auditoriyaya hesablanıb. Hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bu fikirdədir. İşğalçı ordunun komandanı Levon Mnatsakanyanın açıqlamasını şərh edən ekspert deyir ki, bu düşmən ordusunun daxilində olan təşvişin göstəricisidir.
Yaşar Aydəmirovun sözlərinə görə, bu gün Azərbaycan ordusunun arsenalında modern hərbi texnika¸hava hücumundan müdafiə vasitələri və raketlər var. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun istənilən hücumuna layiqli və operativ cavab vermək qüdrətindədir.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir. Bildirilib ki, Azərbaycan hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin təhlükəsizliyini tam təmin edir. “Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var ki, onlara zərbə endirəcəyimiz təqdirdə, həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq” – müdafiə nazirliyinin bəyanatında belə deyilir.


Create Account



Log In Your Account