Jul 29 2019 17:19
Views: 196

“Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsi, keçirilən təlimlər, beynəlxalq tədbirlərdə, sülhməramlı əməliyyatlarda fəal iştirakı, müasir texnika və silahlarla təmin olunması dünya miqyasında ən güclü ordularından birinə çevrilməsini şərtləndirən əsas amillərdir”. Hərbi ekspert şair Ramaldanovun fikrincə, ordu quruculuğu istiqamətində həyata keçiriən ardıcıl, məqsədyönlü və düşünülmüş tədbirlər silahlı qüvvələrin hərbi-texniki bazasının əhəmiyyətli dərəcədə güclənməsinə səbəb olub. Eyni zamanda şəxsi heyətin psixoloji əhval-ruhiyyəsi və peşəkarlıq səviyyəsi də yüksəkdir.

Hərbi ekspertlər hesab edir ki, Ermənistan ordusunun beynəlxlalq təşkilatların hesabatlarında geriləməsi bu ölkənin işğalçılıq siyasətinin yaratdığı reallıqların nəticəsidir. Ermənistan Hərbi proqkurorluğunun yaydığı rəsmi məlumata görə 2019-cu ilin 6 ayı ərzində otrduda 29 ölüm faktı qeydə alınıb. Bu faktların çox böyük əksəriyyəti qeyri-döyüş şəraitinə aiddir. Azrbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan regionda həyata keçirilən qlobal əhəmiyyətli iqtisadi layihələrdən kənarda qalıb. Bu da nətic etibarilə ordunun vəziyyətinə də öz təsirini göstərir.

“Global Firepower” təşkilatı 2019-cu ilin ən güclü ordularının siyahısı ilə bağlı hesabat açıqlayıb. Azərbaycan Ordusu siyahıda ötən illə müqayisədə bir pillə irəliləyərək 137 ölkə arasında 52-ci yerə yüksəlib. Ermənistan yeni reytinqdə 12 pillə geriləyib və 96-cı yerdə qərarlaşıb. Siyahıda birinci yerdə ABŞ, ikinci yerdə Rusiya, üçüncü yerdə isə Çin ordusudur. Türkiyə 9-cu, İran 14-cü, Gürcüstan isə 85-cidir.


Create Account



Log In Your Account